intro-image intro-image intro-image

Qızartma Yəməkləri

Qırmızı köz bibər qızartması

  • Porsiyon Sayı 1 nəfərlik
  • Çətinlik Dərəcəsi Asan
  • Hazırlanma Müddəti 30 dəqiqə

654

0

0

0

14 August 2021

imdirgent-icon

İnqrediyentlər

böyük ətli qırmızı bibər 1 ədəd
lor pendiri 100 qr
cəfəri 4 saplaq
duz ¼ ç.q.
təzə çəkilmiş dənə istiot ¼ ç.q.
yumurta 1 ədəd
un 2 x.q.
Super Sun yağı 100 qr
sarımsaq 2 diş
sirkə 2 x.q.

Hazırlanma mərhələsi

  • 1

    Yuyulub, qurulanan bibər sobada və ya ocaqda közlənir. Közlənən bibərlərin qabıqları soyulur, saplaq və tumları çıxarılır.

  • 2

    İçlik üçün cəfəri xırda doğranılır. Pendir, təzə çəkilmiş istiot və duzla qarışdırılır.

  • 3

    Bibərin içi hazırlanan içliklə boşluq qalmayacaq şəkildə doldurulur. Ağız hissəsi isə içə doğru qıvrılır.

  • 4

    Yumurta sarısı geniş bir qabda qarışdırılır. Un düz qaba tökülür.

  • 5

    Yağ bir tavada əridilir. Bibər əvvəlcə yumurtaya, sonra una batırılır və hər tərəfli qızardılır.

  • 6

    Servis edilərkən sirkəli sarımsaqlı sousla servis edilir.

Oxşar reseptlər

Digər reseptlər