Qızartma Yəməkləri
24
0
0
0
04 August 2021
| kiçik ölçülü təzə badımcan | 12 ədəd |
| üyüdülmüş qoz | 200 qr |
| baş soğan | 3 ədəd |
| Super Sun yağı | 100 qr |
| zoğal axtası | 2 x.q. |
| duz, istiot | zövqə görə |
Badımcanlar yuyulur, ortası çərtilir, tumlardan təmizlənir.
Yağda hər tərəfi az-maz qızardılır.
Soğan ətçəkən maşından keçirilir, yağda qovrulur.
Soyuyan soğanın üzərinə qoz üydülmüşü, zoğal axtası, duz və istiot əlavə olunaraq qarışdırılır.
İçlik badımcanların içərisinə yığılır. Bir tavaya yığılır. İstər elektrikli sobada, istərsə də qaz sobasında 15-20 dəqiqə bişirilir.
Soyuq və ya isti halda servis edilə bilir.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş