intro-image intro-image intro-image

Qızartma Yəməkləri

İçlikli qızardılmış lavaş

  • Porsiyon Sayı 3 nəfərlik
  • Çətinlik Dərəcəsi Asan
  • Hazırlanma Müddəti 30 dəqiqə

26

0

0

0

12 August 2021

imdirgent-icon

İnqrediyentlər

Super Sun yağı 60 qr
böyük lavaş 1 ədəd
bolqar bibəri 1 ədəd
şampion 5 ədəd
holland pendiri 50 qr
xama 6 x.q.
bitki yağı 6 x.q.

Hazırlanma mərhələsi

  • 1

    Bibər və göbələk təmizlənir, jülyen doğranılır.

  • 2

    Pendir sürtgəcdən keçirilir.

  • 3

    Bibərlə göbələk 3 x.q. bitki yağı əlavə olunmuş tavada sotelənir. Sotelənən tərəvəzlərin üzərinə duz əlavə olunur, 5 dəqiqə daha bişirilir.

  • 4

    Lavaş 3 bərabər hissəyə ayrılır.

  • 5

    Hissələrin üzərinə 2 x.q. xama çəkilir.

  • 6

    Xama çəkilmiş lavaşların arasına içlik yığılır, rulet formasında bükülür.

  • 7

    Super Sun yağı əridilir, üzərinə qalan bitki yağı tökülür. Yağ qaynara salındıqdan sonra lavaşlar burada hər iki üzü 4 dəqiqə olmaqla qızardılır.

Oxşar reseptlər

Digər reseptlər